Salyanda avtomobil beton dirəyə çırpıldı, 3 nəfər xəsarət aldı

Salyanda avtomobil beton dirəyə çırpıldı, 3 nəfər xəsarət aldı Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 İyul , 2021 22:53
Salyanda avtomobil beton dirəyə çırpıldı, 3 nəfər xəsarət aldı
0 : 00
0 : 00

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Azsamand” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarındakı beton dirəyə çırpılıb.

Qəza nəticəsində Salyan şəhər, 20 yanvar küçəsinin sakinləri, 2002-ci il təvəllüdlü Tağızadə Fərhad İlqar oğlu, 2000-ci il təvəllüdlü Babayev Etibar İlqar oğlu və 2002-ci il təvəllüdlü Cavadov Vüqar Əlisahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi