Salyanda avtomobil 81 yaşlı kişini vuraraq öldürüb

Hadisə
  • 28 dekabr, 2021
  • 06:12
Salyanda avtomobil 81 yaşlı kişini vuraraq öldürüb

Salyan rayonunda avtomobil 81 yaşlı kişini vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 14-u saat 19 radələrində köhnə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kənan Cəlilov idarə etdiyi “Moskviç-2140” markalı avtomobillə yolu keçən 1940-cı il təvəllüdlü Aslan Əliyevi vurub. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra o, Mirqasımov adına Respublika Klinik Xəstəxanasına köçürülüb. A.Əliyev dekabrın 27-də orada ölüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti