Salyanda 56 yaşlı qadın ağır xəsarət aldı

Hadisə
  • 07 fevral, 2020
  • 19:31
Salyanda 56 yaşlı qadın ağır xəsarət aldı

Salyan rayonunda qadın ehtiyatsızlıqdan xəsarət alıb.

"Report" xəbər verir ki, 1964-cü il təvəllüdlü Ülviyyə Söhbətova yaşadığı evin eyvanından yıxılıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma diaqnozu qoyulub.