Salyanda 50 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb

Hadisə
  • 12 noyabr, 2022
  • 03:26
Salyanda 50 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb

Salyanda 50 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması zamanı 1972-ci il təvəllüdlü Hüseynov Azad Seyfəddin oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə gətirilib.

Müayinə zamanı ona kəllə-beyin travması, baş- beynin əziyi və bədənin müştərək travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

44 filmi