Salyanda 44 yaşlı kişi döyüldü

Hadisə
  • 19 mart, 2020
  • 18:54
Salyanda 44 yaşlı kişi döyüldü

Salyan rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb.

Salyan şəhər H.Z. Tağıyev küçəsinin sakini, 1976-cı il təvəllüdlü İsmayılov Vüsal Məmmədağa oğlu tanımadığı şəxslər tərəfindən döyülərək xəsarət alıb.

Salyan Mərkəzi Rayon Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra V. İsmayılov ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.