Salyanda 42 yaşlı kişi döyülüb

Hadisə
  • 26 fevral, 2018
  • 18:59
Salyanda 42 yaşlı kişi döyülüb

Salyan. 26 fevral. REPORT.AZ/ Salyan rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

Massivin 1976-cı il təvəllüdlü sakini Lətifov Samir Əvəzağa oğlu naməlum şəxslər tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.