Salyanda 4-ü xarici vətəndaş olmaqla 23 məhkum əhv edilib

Salyanda 4-ü xarici vətəndaş olmaqla 23 məhkum əhv edilib Salyan. 25 may. REPORT.AZ/ Salyan rayonunda 23 məhkum əfv edilərək azadlığa buraxılıb.
Hadisə
25 May , 2018 22:44
Salyanda 4-ü xarici vətəndaş olmaqla 23 məhkum əhv edilib
Report

Salyan. 25 may. REPORT.AZ/ Salyan rayonunda 23 məhkum əfv edilərək azadlığa buraxılıb.

"Report”un Aran bürosu xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" sərəncamının icrası başa çatıb.

Bu gün səhər saatlarından etibarən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsindən əfv edilənlər cəzaçəkmə müəssisələrindən evə buraxılmağa başlanılıb. Bu sərəncam 634 nəfər məhkuma şamil edilib ki, bunlardan da 23-ü sözügedən cəzaçəkmə müəssisəsinin payına düşür. Cəzaçəkmə müəssisəsində xidmətin rəsmi nümayəndələri cəzadan azad olunanları təbrik edib və onları azadlıqlarının qiymətini bilməyə çağırıblar. Sonra əhv edilən məhkumlara azadlığa çıxmaları barədə sənədlər təqdim olunub.

Əfv olunanlar arasında 1 nəfər Türkmənistan, 3 İran vətəndaşı olub.

Son xəbərlər

Orphus sistemi