Salyanda itkin düşən yeniyetmə tapılıb - YENİLƏNİB

Salyanda itkin düşən yeniyetmə tapılıb - YENİLƏNİB Salyan sakini itkin düşüb.
Hadisə
30 Aprel , 2022 16:45
Salyanda itkin düşən yeniyetmə tapılıb - YENİLƏNİB

Salyanda itkin düşən yeniyetmə tapılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, 2008-ci il təvəllüdlü H.Hacıyev Qusar rayonunda aşkarlanıb.

Belə ki, Salyanda anası ilə birgə qalan yeniyetmə Qusarda yaşayan atasının yanına yollanıbmış.

11.30

Salyan sakini itkin düşüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd edilib ki, rayon Kürsəngi kənd sakini X.Məmmədova cari ilin mart ayının 8-də Rayon Polis Şöbəsinə müraciət edərək mart ın 7-də oğlu, 2008-ci il təvəllüdlü H.Hacıyevin yaşadıqları evdən çıxması və bir daha geri qayıtmaması barədə məlumat verib.

"H.Hacıyevin əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, sarışın və qısa saçlı. Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, göy rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə və 055-390-87-87 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi