Yuxarı

Sahil Babayev: "Pozuntuların olması normaldır"

Sahil Babayev: "Pozuntuların olması normaldır"

© Report/ Elchin Murad — Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev

"Dövlət büdcəsindən qanunsuz xərclənmiş vəsaitin təkrar büdcəyə bərpası təmin olunur".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, sosial sahədə şəffaflığın təmin olunmasına dair işlər mütəmadi davam edəcəkdir: "Meydana çıxan pozuntularla bağlı ən sərt tədbirlər görülür. Təkcə ötən il sırf əlillik sahəsində 3 milyon manatdan artıq vəsait bərpa edilib. Digər sosial sahələrdə isə son bir ildə 8 milyona yaxın vəsait dövlət büdcəsinə bərpa edilib. Pozuntuların olması normaldır. Çünki aylıq 2 milyon 800 min insana xidmət və ödəniş həyata keçirilir. Burada qəsdən və ya texniki səhvə də yol verə bilərlər. Əgər saxtakarlığa yol verilibsə onlara hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilir. Əsas məsələ qarşıya tələb qoyulur ki, vəsait geri qaytarılmalıdır. Əksər hallarda vəsaitlər günahkar vəzifəli şəxslər tərəfindən ödənilir".

O əlavə edib ki, Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik fəaliyyət planı hazırlanır: "Biz burada həm beynəlxalq təşkilatları, həm xarici şirkətləri cəlb edərək bu planın hazırlanmasına başlamışıq.

Bu planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarıdır. Özəl pensiya fondlarının fəaliyyətlərinə bu gün qanunvericilikdə qadağa yoxdur. Onların fəaliyyət mexanizmi, fəaliyyət dairəsi, tətbiq olunma dairəsi, hüquqi-maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müvafiq normativlər hazırlanacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi