Bakıda silahlı şəxslər saxlanılıb

Bakıda silahlı şəxslər saxlanılıb Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş ə
Hadisə
16 Yanvar , 2024 09:50
Bakıda silahlı şəxslər saxlanılıb

Bakının Sabunçu rayonunda silahlı şəxslər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 15-ci Polis Bölməsinin əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Rauf Yusifov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.

Sabunçu RPİ-nin əməkdaşları Maştağa qəsəbəsində keçirilən tədbir zamanı isə əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramin Alxasov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 15 ədəd patron aşkar olunub. R.Yusifov və R.Alxasov silahları bir müddət əvvəl əldə etdiklərini və polisə könüllü təhvil vermək əvəzinə özlərində saxladıqlarını bildiriblər. Araşdırmalar davam etdirilir.

Həmçinin, Sabunçu rayon sakini olan daha bir nəfər özündə saxladığı sənədləri olmayan ov tüfəngini polisə təhvil verib.

Son xəbərlər

Orphus sistemi