Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşıdını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
“Cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Əsədov Rəhim İsmayıl oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb”, – məlumatda diqqətə çatdırılıb.
Hadisənin, ilkin məlumata görə, şəxsi münasibətlər zəminində baş verdiyi vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.
Sabunçu rayonunda 18 yaşlı gənc qətlə yetirilib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, hadisə iyunun 14-də rayonun Balaxanı qəsəbəsində qeydə alınıb: “Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub”.
Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır: “Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür”.