Sabunçu rayonunda avtomobil yolu keçən piyadanı vurub

Hadisə
  • 28 may, 2024
  • 02:38
Sabunçu rayonunda avtomobil yolu keçən piyadanı vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Cəfərova Rəhimə Ağaxan qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.