Şabranda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralılar var - YENİLƏNİB-2
- 30 noyabr, 2019
- 15:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Şabran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı 1 nəfər - Rauf Sadıq oğlu Sadıqov ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 18:04
Şabran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin adlraı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar:
Məmmədov İlkin Hüseyn oğlu,
Əliyev İntiqam Kəramət oğlu,
Sattarov Emin Kəlbiniyaz oğlu,
Sattarov Kəlbiniyaz Xosrov oğlu,
Yaralılar "təcili yardım" avtomobilləri ilə aralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin - ata-oğul olan E.Sattarov və K.Sattarovun vəziyyətlərinin ağır olduğu bildirilir.
*** 17:32
Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Gəndab kəndində qeydə alınıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı ölən və yaralananlar olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.