Şabranda tanışını bıçaqlayan 68 yaşlı keçmiş məhkumun şikayəti əsasında məhkəmə başlayıb

Şabranda tanışını bıçaqlayan 68 yaşlı keçmiş məhkumun şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası martın 30-na təyin edilib
Hadisə
28 Mart , 2018 15:48
Şabranda tanışını bıçaqlayan 68 yaşlı keçmiş məhkumun şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 28 mart. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində tanışını sərxoş vəziyyətdə bıçaqlamaqda təqsirləndirilən 68 yaşlı Əmrəddin Nuriyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 30-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Şabran rayonunda baş verib. Ə.Nuriyev bir evdə yaşadığı tanışı Əvəz Süleymanovu məişət zəminində bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Ə.Nuriyev polis tərəfindən saxlanılıb, lakin istintaq və məhkəmə dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Məlumata görə, hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Nuriyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, Ə.Nuriyev dəfələrlə cinayət törətdiyi üçün məhbus həyatı yaşayıb. O, ilk dəfə 1971-ci ildə həbs olunub. Daha sonra 1978-ci, 1988-ci, 1991-ci, 1993-cü, 1994-cü və 2010-cu illərdə məhbusluq həyatı yaşayıb. Ə.Nuriyev xuliqanlıq, adam öldürməyə cəhd, adam bıçaqlamaq, zorlamağa cəhd cinayətlərini törədib.

Ümumilikdə, Ə.Nuriyev ömrünün 27 ilini həbsdə keçirib.

Son xəbərlər

Orphus sistemi