Şabranda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
- 18 dekabr, 2017
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Şabran. 18 dekabr. REPORT.AZ/ Şabran rayonunda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.
Bu barədə "Report"un Şimal bürosuna DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, dekabrın 14-də axşam saatlarında Şabran şəhər sakini Əşrəf Abbasov qarının və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, 1995-ci il təvəllüdlü Seymur Niftəliyev tutularaq polis şöbəsinə gətirilib. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib, aralarında yaranmış münaqişə zəmnində Ə.Abbasova xəsarət yetirdiyini bildirib.
Faktla bağlı cinayət işi açılıb, ibtidai istintaq aparılır.