Şabranda evə basqın zamanı xəsarət alan şəxs əməliyyat olunur, vəziyyəti ağırdır - YENİLƏNİB-2

Şabranda evə basqın zamanı xəsarət alan şəxs əməliyyat olunur, vəziyyəti ağırdır - YENİLƏNİB-2 Şabranda evə basqın olub, ölən və yaralanan var.
Hadisə
24 İyun , 2024 19:59
Şabranda evə basqın zamanı xəsarət alan şəxs əməliyyat olunur, vəziyyəti ağırdır - YENİLƏNİB-2

1966-cı il təvəllüdlü şəxs (kişi cinsli) 24.06.2024-cü il tarixdə saat 12:30 radələrində Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə, huşsuz gətirilib.

Bu barədə "Report"un sorğusuna TƏBİB-dən bildirilib.

Pasiyentə ağır açıq kəllə-beyin travması, baş-beynin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, təpə və sağ ənsə, gicgah nahiyələrinin çoxqəlpəli, basılmış sınıqları, təpə, ənsə nahiyələrinin çoxsaylı əzilmiş, sıyrılmış yaraları diaqnozları təyin edilib.

Hazırda əməliyyat olunur. Vəziyyəti ağırdır.

19:06

Şabranda evə basqın etməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən digər şəxs - əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Murad Məmmədov da tutulub.

Qeyd edək ki, Şabran rayonunda fərdi yaşayış evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Hüseynov Arif Qaspar oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

09:13

Şabran rayonunda evə basqın olub, ölən və yaralanan var.

"Report"un Şimal bürosunun məlumatına görə, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın edilib.

İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi