Şabranda avtomobil 15 yaşlı qızı vurub
Hadisə
- 26 oktyabr, 2019
- 18:35
Şabran rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Ağalıq kəndində baş verib.
Kənd sakini, 2004-cü il təvəllüdlü Fidan Eldəniz qızı Şükürlü Mühiddin Əsəd oğlu Əfrailov tərəfindən idarə edilən avtomobil tərəfindən vurulub.
Yaralı ərazi baxımından yaxın olan Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.
Ona qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, travmatik şok və ətrafların müxtəlif sınıqları diaqnozları qoyulub.
Qeyd edək ki, F.Şükürlü Şabran rayon İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin müdiri Eldəniz Tahir oğlu Şükürovun qızıdır.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
03:48
Əbu-Dabidə hava limanına PUA hücumu nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb
Digər ölkələr03:07
Pakistan BMT TŞ-nin İranla bağlı iclasında gərginliyin dayandırılmasına çağırıb
Digər ölkələr02:50
Qazaxıstan vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb
Region02:29
Ərdoğan Trampdan sonra BƏƏ və Qətər liderləri ilə körfəz ölkələrindəki vəziyyəti müzakirə edib - YENİLƏNİB
Region02:25
İsraildə İranın zərbələri nəticəsində ilk ölüm faktı qeydə alınıb
Digər ölkələr02:19
Tokayev bir sıra Fars körfəzi ölkələrinin liderlərinə həmrəylik məktubları göndərib
Region02:06
Tramp Xameneinin ölümünü rəsmən təsdiqləyib - YENİLƏNİB
Digər ölkələr01:51
BMT Baş katibi ABŞ və İsrailin İrana hücumlarını qınayıb
Digər ölkələr01:45
Foto