Şabranda avtomobil 12 yaşlı yeniyetməni vurub

Şabranda avtomobil 12 yaşlı yeniyetməni vurub Şabran. 5 sentyabr. REPORT.AZ/ Şabran rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə
5 Sentyabr , 2018 23:12
Şabranda avtomobil 12 yaşlı yeniyetməni vurub

Şabran. 5 sentyabr. REPORT.AZ/ Şabran rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun rayonun Ağalıq kəndi ərazisindən keçən hissəsində baş verib.

Yol kənarındakı bazara həmkəndlisi ilə pomidor satmağa gələn Şabran rayon Söhbətli kənd sakini, 2006-cı il təvəllüdlü Eyyub Məhəmməd oğlu Musayevi "Ford" markalı yük avtomobili vurub. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və sağ baldırın qəlpəli sınığı diaqnozu qoyulub.

Yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi