Sabirabadda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Sabirabadda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB Sabirabadda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
Hadisə
23 İyun , 2024 20:22
Sabirabadda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Sabirabadda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, bunlar rayon sakinləri, 1995-ci il təvəllüdlü Alışov Elvin Məhərrəm oğlu, 1984-cü il təvəllüdlü Alışova Aynur Nəsib qızı, 1995-ci il təvəllüdlü Əsgərova Aysel Natiq qızı, 2014-cü il təvəllüdlü Əsgərli Zeynəb Rahim qızı, 2014-cü il təvəllüdlü Alışov Nəsib Elvin oğlu və Ağsu rayon sakini, 1986-cı il təvəllüdlü Cəfərov Vüqar Bəyalı oğludur.

Yaralı A.Əsgərova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha iki yaralının isə Bakıya göndəriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

19:08

Sabirabadda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi