Sabirabadda təqaüdçünün pulunu bankomatdan çıxarıb oğurlayan şəxs saxlanılıb

Sabirabadda təqaüdçünün pulunu bankomatdan çıxarıb oğurlayan şəxs saxlanılıb Sabirabad. 22 avqust. REPORT.AZ/ Təqaüdçünün pulunu bankomatdan çıxarıb mənimsəyən Sabirabad rayon sakini saxlanılıb.
Hadisə
22 Avqust , 2018 10:58
Sabirabadda təqaüdçünün pulunu bankomatdan çıxarıb oğurlayan şəxs saxlanılıb
0 : 00
0 : 00

Sabirabad. 22 avqust. REPORT.AZ/ Təqaüdçünün pulunu bankomatdan çıxarıb mənimsəyən Sabirabad rayon sakini saxlanılıb.

Bu barədə “Report”un Aran bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli bildirib.

Belə ki, avqustun 21-də Sabirabad rayonunun Ulacalı kəndində yaşayan bir nəfər rayon Polis şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, bir gün əvvəl rayon ərazisində yerləşən Kapital banka məxsus bankomatdan təqaüdünü almaq üçün ora yaxınlaşıb, tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb. Çox keçmədən hesabında olan 187 manatın çıxarıldığını, həmin şəxsin onu aldadaraq soyğunçuluq etdiyini anlayıb.

RPŞ-nin əməkdaşlarının “isti izlərlə” keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Eminov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edərək bildirib ki, kartda olan 187 manatı bankomatdan çıxararaq mənimsəyib.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır. Saxlanılan şəxsin oxşar cinayətlərdə də iştirakı istisna edilmir.

Əgər İ.Eminovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Sabirabad rayon Polis şöbəsinin (021) 235 52 03 şəhər və (070) 205 52 03 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Son xəbərlər

Orphus sistemi