Sabirabadda təcili yardım maşını aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Sabirabadda təcili yardım maşını aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB Sabirabad. 8 noyabr. REPORT.AZ/ Sabirabad rayonunda təcili tibbi yardım maşınının aşması nəticəsində xəsarət alanların adı məlum olub.
Hadisə
8 Noyabr , 2018 15:02
Sabirabadda təcili yardım maşını aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Sabirabad. 8 noyabr. REPORT.AZ/ Sabirabad rayonunda təcili tibbi yardım maşınının aşması nəticəsində xəsarət alanların adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Yaralılar:

Hacıqabul rayon sakini, 1962-ci il təvəllüdlü Mərziyyə Məlikalı qızı Məlikova, 

Hacıqabul rayon sakini, 1960-cı il təvəllüdlü Rəhim Məlikalı oğlu Məlikov, 

Salyan rayon sakini, 1961-ci il təvəllüdlü İsa Əjdər oğlu İsmayılov, 

Neftçala rayon sakini, 1960-cı il təvəllüdlü Güllüqız Qoca qızı Məlikova,

Neftçala rayon sakini,1962-ci il təvəllüdlü Gülnarə İmanova.

Qeyd edək ki, yaralılardan 3-ü bir ailənin üzvləridir. 



***13:58


Sabirabad. 8 noyabr. REPORT.AZ/ Sabirabad rayonunda yol qəzası baş verib. 

"Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xankeçən kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının (TTTYS) Salyan regional məntəqəsinə məxsus "UAZ" markalı avtomobil Şirvan şəhərindən geri qayıdarkən idarəetməni itirərək yolun kənarına aşıb. 

Hadisə nəticəsində 5 nəfər ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi