Sabirabadda quldurluq edən şəxslər saxlanılıb

Hadisə
  • 18 sentyabr, 2018
  • 07:52
Sabirabadda quldurluq edən şəxslər saxlanılıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Sabirabadda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sentyabrın 17-də saat 14 radələrində Sabirabad rayonunun Nizami kəndində 4 nəfərin kənd sakinləri Mahir Hidayətovu, Murad Cəbrayılovu və qardaşı Nicatı döyməsi, M.Hidayətovun velosipedini və mobil telefonunu almaları barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Qaragüney Polis Bölməsinin əməkdaşları ilə birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayonun Qaragüney kənd sakinləri Ceyhun Muradov, Xəyal Fətişov, Sakit Nuruşov və Rahil Heydərov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

44 filmi