Sabirabadda gənc bıçaqlanıb

Hadisə
  • 10 noyabr, 2021
  • 18:45
Sabirabadda gənc bıçaqlanıb

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Zəngənə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Balayev Babək Balabəy oğlu tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı çoxlu qan itirdiyindən təcili olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

44 filmi