Sabirabadda bir ailə qəzaya düşüb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

Hadisə
  • 29 iyun, 2019
  • 05:06
Sabirabadda bir ailə qəzaya düşüb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB
Report

Sabirabad rayonunda baş verən yol qəzasında ölən və yaralananın adı məlum olub. 

“Report”un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində Sücəddin Alış oğlu İbadov ölüb, 1973-cü il təvəllüdlü Samir Sücəddin oğlu İbadov isə xəsarət alıb.

Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləri olublar. 


*** 08:53

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Qaratəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və "Daewoo Nexia” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər hadisə yerində dünyasını dəyişib. Eyni zamanda Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vəsilə Sabir qızı İbrahimova və digər bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda ölən və xəsarət alanın şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır