Sabirabadda avtomobil velosipedçini vurdu

Sabirabadda avtomobil velosipedçini vurdu Sabirabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 İyul , 2021 23:02
Sabirabadda avtomobil velosipedçini vurdu
0 : 00
0 : 00

Sabirabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaratəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Seymur Samir oğlu velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub.

Qəza nəticəsində velosipedi sürən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi