Sabirabadda avtomobil su kanalına aşıb, ər-arvad xəsarət alıb
Hadisə
- 29 noyabr, 2022
- 16:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sabirabadda avtomobil su kanalına aşıb, ər-arvad xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Məmişlər kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil yol sürüşkən olduğundan anidən idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarındakı su kanalına aşıb.
Qəza nəticəsində Saatlı rayon sakinləri, 1965-ci il təvəllüdlü İsgəndərov Rafiq Zalər oğlu və onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Musayeva Amaliya Abdin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:48
BMT-nin Baş katibliyinə namizəd təşkilatda genişmiqyaslı islahatların aparılmasına çağırış edib
Digər ölkələr
05:16
ABŞ-də məktəbdə atışma baş verib, dörd nəfər həlak olub - yenilənib
Digər ölkələr
04:43
ABŞ-nin "George H.W. Bush" təyyarədaşıyan gəmisi Ərəbistan dənizinə qayıdıb
Digər ölkələr
04:09
BMT-də Azərbaycanın Cənub-Cənub əməkdaşlığına verdiyi önəmdən bəhs olunub
Xarici siyasət
03:18
Slovakiyada "Moxovtse" AES-nin yeni bloku enerji şəbəkəsinə qoşulub
Digər ölkələr
02:43
İraqda ilk dəfə Türkman Cəbhəsinin lideri nazir olub
Digər ölkələr
02:24
Albaniyada etirazçılar İqtisadiyyat Nazirliyinin binasına giriblər
Digər ölkələr
01:51
Britaniya hərbi peyklərin idarə olunmasında ABŞ-dən asılılıqdan ehtiyat edir
Digər ölkələr
01:17
Foto
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turunun oyunları baş tutub
Futbol