Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə
  • 16 sentyabr, 2018
  • 13:54
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabad. 16 sentyabr. REPORT.AZ/ Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosu xəbər verir ki, hadisə Zəngənə kəndində qeydə alınıb.

Sabirabad sakini, 1956-cı il təvəllüdlü Şahlarov Sadəli Məhyəddin oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 1973-cü il təvəllüdlü Məhərrəmov Hakim Ələddin oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Onun kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır. 

44 filmi