Sabirabadda ata və oğul bıçaqlanıb
Hadisə
- 11 avqust, 2016
- 03:59
Sabirabad. 11 avqust. REPORT.AZ/ Sabirabadda biçaqlanma hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Əhmədabad kəndində qeydə alınıb.
İlkin məlumata görə, həmin kəndin sakinləri, 51 yaşlı Əhməd Hafiz oğlu Əhmədov və onun oğlu, 26 yaşlı Xamza Əhməd oğlu Əhmədov ailə münaqişəsi zəminində tanıdıqları şəxs tərəfindən bir neçə bıçaq yarası alıblar. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Sabirabad rayon Polis şöbəsində araşdırma aparılır.
Son xəbərlər
10:10
Azərbaycanda xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək
ASK10:09
Muxtar Babayev: İqlim həftəsi iqtisadiyyatın da dəyişməsinə təkan verəcək
Xarici siyasət10:08
Azərbaycan "Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya verəcək
ASK10:06
Azərbaycanda emal müəssisələrinə təhvil verilən südə subsidiya veriləcək
ASK10:04
Azərbaycanda balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq
ASK10:03
KOBİA: İndiyədək sahibkarlara 633 investisiya təşviqi sənədi təqdim edilib
Biznes10:02
Azərbaycan əkin və bağçılıq subsidiyasında sığorta tələblərini yeniləyib
ASK10:00
Azərbaycanda aqrar sahədə beynəlxalq sertifikat alınmasına dövlət dəstəyi veriləcək
ASK09:54