Sabirabadda 61 yaşlı qadın dəm qazından boğularaq ölüb

Hadisə
  • 19 fevral, 2023
  • 15:01
Sabirabadda 61 yaşlı qadın dəm qazından boğularaq ölüb

Sabirabadın Yolçubəyli kənd sakini hamamda dəm qazından boğularaq ölüb.

“Report”un Aran bürosunun məlümatına görə, 1962-ci il təvəllüdlü Mehbalıyava Esmira Mehbalı qızının meyiti yaşadığı evin hamamında aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.