Sabirabad sakinləri elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri ağır yaralanıb
Hadisə
- 30 noyabr, 2024
- 12:54
Sabirabad rayonunun iki sakini elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri isə ağır yaralanıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan və Biləsuvar rayonlarının kəsişdiyi ərazidə qeydə alınıb.
Məlumata görə, Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Manafov Novruz Yarməmməd oğlu və 1998-ci il təvəllüdlü Gülməmmədov Aqşin Gülağa oğlu elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıb.
Hadisə nəticəsində hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb. İlkin tibbi yardım göstərilən A.Gülməmmədovun vəziyyəti ağır olduğundan, onun Bakıya göndəriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:38
İngiltərədə futbolçu oyun zamanı huşunu itirərək həyatını itirib
Futbol10:37
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Mədəniyyət siyasəti10:29
İrandan fevralın 28-dən bu günədək Azərbaycana 1 918 nəfər təxliyə olunub
Xarici siyasət10:27
Baş İdarə əməliyyat keçirib, 4 nəfərdən 43 kq narkotik vasitə götürülüb
Hadisə10:27
KİV: "Saudi Aramco" tenderlər vasitəsilə təcili neft tədarükünü həyata keçirməyi təklif edib
Energetika10:17
İsrail İrandakı strateji obyektlərə hava zərbələri endirib
Digər ölkələr10:15
Azərbaycan və İran arasında yük daşımaları tam bərpa olunub
Xarici siyasət10:12
Azərbaycan piy və yağ idxalını 11 %-dən çox artırıb
Biznes09:53