Saatlıda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb

Saatlıda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb Saatlı rayonunda baş verən yol qəzasında xəsarət alanlardan biri Şrvan Şəhər Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Hadisə
17 Yanvar , 2020 13:55
Saatlıda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb

Saatlı rayonunda baş verən yol qəzasında xəsarət alanlardan biri Şrvan Şəhər Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaranuru kəndində qeydə alınıb. 

Belə ki, “Mitsubishi” və “Jiquli” markalı avtomobillər toqquşub. Nəticədə Saatlı rayon sakinləri - 1956-cı il təvəllüdlü Cəfərov Nizami Kamran oğlu, 1958-ci il təvəllüdlü Səmədov Əbülfət Ərəstun oğlu, 1979-cu il təvəllüdlü Minbaşıyev Feyruz Əziz oğlu və 1977-ci il təvəllüdlü Teymurov Elşad Yunsur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan ikisi Saatlı Rayon Mərkəzi Xəstəxanası, digər ikisi isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərinə səylərinə baxmayaraq, N.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.  

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi