Saatlıda qanunsuz turac ovu ilə məşğul olan şəxslər saxlanılıb

Saatlıda qanunsuz turac ovu ilə məşğul olan şəxslər saxlanılıb Rayon sakinləri xüsusi reyd zamanı yaxalanıblar
Hadisə
19 Sentyabr , 2015 08:51
Saatlıda qanunsuz turac ovu ilə məşğul olan şəxslər saxlanılıb

Bakı. 19 sentyabr. REPORT. AZ/ Saatlıda qanunsuz turac ovu ilə məşğul olan şəxslər saxlanılıb.

"Report" xəbər verir ki, Saatlı rayon Polis şöbəsi və 7 saylı Saatlı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən aparılan reyd zamanı şübhəli bilinən avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı adları "Qırmızı kitab"a düşən 3 ədəd ovlanmış turac quşu aşkar edilib. Həmçinin avtomobildə qeydiyyat sənədləri olmayan iki ədəd ov tüfəngi də aşkarlanıb. Məlum olub ki, ovçular turac quşlarını Bəylik kəndi ərazisində ovlayıb.

Rayon sakinləri Rəhmanov Eyvaz Şamil oğlu və Yolçuyev Təhməz İsrafil oğlu saxlanılaraq polis şöbəsinə gətirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi