Saatlıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb

Saatlıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb Beyləqan rayon sakinindən ov tüfəngi götürülüb.
Hadisə
14 Yanvar , 2020 17:26
Saatlıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb

Beyləqan rayon sakinindən ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Beyləqan rayonunun İmamverdilər kənd sakini Teymur Kərimov Saatlı rayonu ərazisində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. T.Kərimovdan 1ədəd “ İJ-58” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi