Saatlı sakininin həyətindən 61 ədəd çətənə kolu aşkar edilib - FOTO

Saatlı sakininin həyətindən 61 ədəd çətənə kolu aşkar edilib - FOTO Evə baxış zamanı kibrit qutusunda qablaşdırılmış 7,36 qram marixuana da aşkarlanıb
Hadisə
1 İyun , 2017 07:27
Saatlı sakininin həyətindən 61 ədəd çətənə kolu aşkar edilib - FOTO
Report.az

Saatlı. 1 iyun. REPORT.AZ/ Saatlıda narkotik xassəli çətənə kolları aşkar edilib.

“Report”un Aran bürosu xəbər verir ki, daxil olmuş məlumat əsasında Saatlı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Nəticədə 45 yaşlı Rzayev Faiq Ağabala oğlu yaşadığı Cavanşir küçəsi, ev 3 ünvanında yerləşən həyətdə narkotik tərkibli çətənə kolları yetişdirdiyi üçün saxlanılıb. Baxış zamanı yarımtikilidə hər birinin uzunluğu 1,5-2 metr hündürlüyündə olan 61 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Bundan sonra evə baxış zamanı kibrit qutusunda qablaşdırılmış 7,36 qram qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı Saatlı rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi