Saatlı sakinindən sənədsiz silah götürülüb

Saatlı sakinindən sənədsiz silah götürülüb Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.
Hadisə
16 İyul , 2021 11:53
Saatlı sakinindən sənədsiz silah götürülüb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Seyidlər kənd sakini Natiq Quliyevdən bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Son xəbərlər

Orphus sistemi