Rusiyadan Azərbaycana qaçan şəxs təqib olunaraq Masallıda güllələnib - YENİLƏNİB

Rusiyadan Azərbaycana qaçan şəxs təqib olunaraq Masallıda güllələnib - YENİLƏNİB Hadisəni onun Rusiyada ədavətdə olduğu şəxslər törədib
Hadisə
23 Mart , 2018 19:04
Rusiyadan Azərbaycana qaçan şəxs təqib olunaraq Masallıda güllələnib - YENİLƏNİB

Masallı. 23 mart. REPORT.AZ/ Masallı rayonunda silahlı insident nəticəsində bir nəfər ağır yaralanıb.

"Report"un Cənub bürosu xəbər verir ki, 1953-cü il təvəllüdlü Qızılavar kənd sakini Ağayev Ağəddin Nuru oğlu güllələnmə diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Cərrahi əməliyyat zamanı onun bədənindən 4 güllə çıxarılıb.

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Qeyd olunur ki, zərərçəkmiş Rusiyada müəyyən şəxslərlə ədavətdə olub və bu səbəbdən Azərbaycana qaçıb. Lakin sözügedən şəxslər onu təqib edərək Masallıda güllələyiblər.

Faktla bağlı araşdırma aparılır.


***18:37

Masallı. 23 mart. REPORT.AZ/ Masallı rayonunda silahlı insident olub.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Qızılavar kəndi ərazisində baş verib.

İnsident nəticəsində bir nəfər ağır güllə yarası alıb. Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi