Rusiyada quldurluğa görə həbs edilən azərbaycanlı məhkəmə zalından azadlığa buraxılıb

Hadisə
  • 05 oktyabr, 2017
  • 10:56
Rusiyada quldurluğa görə həbs edilən azərbaycanlı məhkəmə zalından azadlığa buraxılıb
Report

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1981-ci il təvəllüdlü Rəşad Həsənovun barəsində olan cəzanın Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənməsi ilə bağlı Penitensiar Xidmətin verdiyi təqdimata baxılıb.

"Report"un məlumatına görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov çıxış edib.

O bildirib ki, R.Həsənovun cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tənzimlənməlidir.

Prokuror qeyd edib ki, qeyd edilən maddələrlə R.Həsənova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bu cəza oktyabrın 5-də bitdiyindən o, məhkəmə zalından azadlığa buraxılmalıdır.

Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən R.Həsənovun cəzası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tənzimlənib və ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəza müddəti başa çatdığından o, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, R.Həsənov 2012-ci ildə Moskvada quldurluq əməli törətdiyinə görə həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum olunub.