Rusiyada öldürülən azərbaycanlı gəncin adı məlum olub - VİDEO - YENİLƏNİB

Rusiyada öldürülən azərbaycanlı gəncin adı məlum olub - VİDEO - YENİLƏNİB Rusiyada azərbaycanlı gəncin öldürülməsi anını əks etdirən videogörüntülər yayılıb.
Hadisə
29 İyul , 2019 13:00
Rusiyada öldürülən azərbaycanlı gəncin adı məlum olub - VİDEO - YENİLƏNİB

Rusiyada azərbaycanlı gəncin öldürülməsi anını əks etdirən  videogörüntülər yayılıb. 

"Report"un Şimal bürosu xəbər verir ki, öldürülən azərbaycanlı gənc mübahisə edən bir neçə nəfəri ayırmaq üçün ara girib. Bu zaman əlində odlu silah olan şəxs yaxın məsafədən atəş açaraq Quba rayonu, Talabıqışlaq kənd sakini 30 yaşlı Fazil Saməddin oğlu Balayevin gözündən vurub. O, aldığı güllə yarasından yerindəcə ölüb. 

Silahlı insident zamanı ətrafdakılar hadisəyə soyunqanlılıqla yanaşırlar. 


*** 10:02

Rusiyada öldürülən azərbaycanlı gəncin adı məlum olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, bu, Quba rayonu, Talabıqışlaq kənd sakini 30 yaşlı Fazil Saməddin oğlu Balayevdir. F.Balayev Rusiyada mübahisə zəminində tapança ilə küçədə öldürülüb. O, gözündən güllələnib.

Qətli törədənin Rusiya vətəndaşı olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi