Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu yol qəzasında ölüb - FOTO - VİDEO

Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu yol qəzasında ölüb - FOTO - VİDEO Tural Bayramov "Kaspian servis" MMC-nin təsisçisi və baş direktoru idi
Hadisə
1395
19 İyul , 2016 06:49
Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu yol qəzasında ölüb - FOTO - VİDEO

Bakı. 19 iyul. REPORT.AZ/ Ötən gün Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk şəhərində baş verən ağır yol qəzası nəticəsində bir nəfər həyatını itirib.

"Report" xəbər verir ki, faciə Açinskdən Nazarovoya gedən yolda "Ulıbka" kafesi ərazisində baş verib.

İlkin fərziyyəyə görə, "Range Rover" markalı avtomobilin 26 yaşlı sürücüsü qarşı hərəkət zolağına çıxıb və orada "VAZ-2114" markalı avtomobil ilə toqquşub. Nəticədə yolsuzluq avtomobilinin sükanı arxasında olan gənc sürücü həyatını itirib, "Jiquli"nin 21 yaşlı sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Minik maşınlarında sərnişin olmayıb.

Hazırda hadisənin bütün təfərrüatları və qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, həyatını itirən gənc Rusiyada məşhur olan azərbaycanlı iş adamı Rüstəm Bayramovun oğlu Tural Bayramovdur. Bundan əlavə, Tural Bayramov özü "Kaspian servis" MMC-nin təsisçisi və baş direktoru idi. Sözügedən şirkət tikinti işləri ilə məşğul olub.

Son xəbərlər

Orphus sistemi