Yuxarı

Rusiyada baş vermiş yol qəzası nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Minik avtomobilinin sürücüsü hadisə yerindəcə ölüb

Bakı. 13 iyun. REPORT.AZ/ Rusiyada ağır yol qəzası baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Xabarovsk şəhərində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu ilə " Toyota Mark II" minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin regional mətbuat xidmətinin məlumatına görə, qəzaya səbəb minik avtomobilinin qarşıdan gələn avtobusun yoluna çıxması olub.

Minik avtomobilinin sürücüsü hadisə yerindəcə ölüb. Avtobusda xəsarət almış sürücü və daha 8 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Hazırda qəza yerində operativ əməliyyat qrupu işləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi