TƏBİB: Cəlilabad xəstəxanasında baş verən ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq - YENİLƏNİB

TƏBİB: Cəlilabad xəstəxanasında baş verən ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq - YENİLƏNİB Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Hadisə
24 May , 2024 17:38
TƏBİB: Cəlilabad xəstəxanasında baş verən ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq - YENİLƏNİB

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında baş verən ölümlə bağlı TƏBİB açıqlama verib.

"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 07:10 radələrində 1993-cü il təvəllüdlü kişi ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hostiptalizasiya olunub.

"Ona ilkin tibbi yardımlar göstərilib, təcili Reanimasiya şöbəsinə yerləşdirilib. Pasiyentə zəruri tibbi yardımlar göstərilsə də, həkimlərin səylərinə baxmayaraq saat 09:35 radələrində ölüm halı qeydə alınıb. Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq", - cavabda deyilir.

16:52

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 1993-cü il təvəllüdlü Nuriyev Vahid Sübhan oğlu ayağında şiş yarandığı üçün xəstəxanaya müraciət edib.

Yaxınlarının sözlərinə görə, xəstəxanada ona sistem köçürülüb, bundan sonra şoka düşüb və ölüb.

Hadisə ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib ki, sözügedən şəxs bu gün xəstəxanaya müraciət edib.

"Xəstəyə ilkin tibbi yardım göstərilən zaman onun halı pisləşib. Daha sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstə vəfat edib", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, mərhum iki uşaq atasıdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi