Rusiya səfirliyi Azərbaycanla sərhəddə insident baş verməsi barədə xəbərlərə münasibət bildirib

Rusiya səfirliyi Azərbaycanla sərhəddə insident baş verməsi barədə xəbərlərə münasibət bildirib "Azərbaycanla sərhəddə heç bir insident olmayıb"
Hadisə
30 İyul , 2015 16:04
Rusiya səfirliyi Azərbaycanla sərhəddə insident baş verməsi barədə xəbərlərə münasibət bildirib

Bakı. 30 iyul. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyi bəzi KİV-lərdə Rusiya sərhədçilərinin İlisu kəndi yaxınlığında dövlət sərhədini pozması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Rusiyanın Azərbaycandakı səfirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, iki ölkənin dövlət sərhəddində heç bir insident olmayıb.

"Biz Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhədin pozulması faktının qeydə alınmadığı ilə bağlı yaydığı açıqlamanı təsdiqləyirik", - mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, bəzi KİV-lər Rusiya sərhədçilərinin Azərbaycan sərhədini keçməsi və bir neçə vəhşi heyvanı öldürməsi, onların ətini götürdükdən sonra öz ərazilərinə qayıtması ilə bağlı xəbərlər yayıb. 

Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi isə açıqlama yayaraq bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Son xəbərlər

Orphus sistemi