Qusarda zibil maşını aşıb, xəsarət alan var - FOTO

Qusarda zibil maşını aşıb, xəsarət alan var - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Avqust , 2017 16:56
Qusarda zibil maşını aşıb, xəsarət alan var - FOTO
Report.az

Qusar. 4 avqust. REPORT.AZ/ Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, qəza "Şahdağ" Turizm Mərkəzinin ərazisində qeydə alınıb.  

Belə ki, 38 yaşlı Fuad Rəcəbovun idarə etdiyi "KamAZ" markalı zibil maşını aşırıb. Nəticədə yük avtomobilindəki sərnişin, 55 yaşlı Şair Şəfibaba oğlu Şəfiyev ağır bədən xəsarətləri alıb. Yaralı "Şahdağ" Turizm Mərkəzinin tibb bölməsinə çatdırılıb, vəziyyəti ağır olaraq qiymətləndirilir.  

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi