Qusarda rabitə işçisi dirəkdən yıxılaraq ölüb, onun həyat yoldaşı komaya düşüb - FOTO

Qusarda rabitə işçisi dirəkdən yıxılaraq ölüb, onun həyat yoldaşı komaya düşüb - FOTO Zeybulla Mahmudov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb
Hadisə
8 Fevral , 2016 18:25
Qusarda rabitə işçisi dirəkdən yıxılaraq ölüb, onun həyat yoldaşı komaya düşüb - FOTO

Bakı. 8 fevral. REPORT.AZ/ Qusarda bədbəxt hadisə baş verib. "Report" xəbər verir ki, Qusar Rayon Rabitə və Telekommunikasiya Qovşağında rabitə mantyoru işləyən 1956-ci il təvəllüdlü Zeybulla Həbib oğlu Mahmudov Qusarın Ləyər kəndində rabitə dirəyindən yıxılıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasından (RMX)  "Report"a verilən məlumata görə, rabitə dirəyindən yıxılan Z.Mahmudov daxili qanaxma ilə xəstəxanaya çatdırılıb. Ancaq vəziyyəti ağır olduğundan, paytaxt xəstəxanasına göndərilib. Lakin Bakıda onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra Z.Mahmudovun həyat yoldaşı komaya düşüb və Qusar RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi