Qusarda yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB

Qusarda yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB Qusar. 22 yanvar. REPORT.AZ/ Qusar rayonunda baş verən yol-nqəliyyat hadisə zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.
Hadisə
12714
22 Yanvar , 2019 12:19
Qusarda yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB
0 : 00
0 : 00

Qusar. 22 yanvar. REPORT.AZ/ Qusar rayonunda baş verən yol-nqəliyyat hadisə zamanı ölən və yaralanan şəxslərin adı məlum olub. 

"Report"un məlumatına görə, hadisə zamanı avtomobillərdən biri idarəetmədən çıxaraq yolun kənarında üç nəfəri - Samir Salmanovu, İdris SeyfullayeviKamran Sədiyevi vurub.

Nəticədə piyadalardan biri S.Salmanov hadisə yerində ölüb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 


*** 02:34

Qusar. 22 yanvar. REPORT.AZ/ Qusar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 

"Report" xəbər verir ki, hadisə axşam saatlarında Qusar şəhəri ərazisində baş verib. 

Belə ki, rayonun İmamqulukənd kənd sakinləri - Elşad Aslanxanovun və Azad Şıxqayıbovun idarə etdikləri “Hyundai” və “VAZ-21154” markalı avtomobillər toqquşub. 

Sonradan E.Aslanxanovun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında hərəkət edən 3 nəfər piyadanı vurub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stasiyasının həkim briqadası cəlb olunub. Yaralı piyadalardan birinin hadisə yerində öldüyü bildirilir. Digər iki yaralı isə "əcili yardım" maşınları ilə Xəstəxanaya çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi