Qusar məktəbinin müəllimi Bakıda xəstəxanada yıxılaraq ayağını sındırıb

Qusar məktəbinin müəllimi Bakıda xəstəxanada yıxılaraq ayağını sındırıb Sevinc Məcidova Qubada müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak edə bilməyəcək
Hadisə
22 Noyabr , 2016 17:57
Qusar məktəbinin müəllimi Bakıda xəstəxanada yıxılaraq ayağını sındırıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Qusar şəhərindəki 2 saylı orta məktəbin ibtidai sinif müəllimi Sevinc Məcidova Qubada keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak edə bilməyəcək.

Bunu "Report"un Şimal bürosunun müxbirinə Qusar Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev deyib.

N.Fərzəliyevin sözlərinə görə, buna səbəb onun imtahandan bir gün əvvəl Bakıdakı özəl xəstəxanaların birinin koridorunda yıxılaraq ayağını sındırmasıdı. Təhsil şöbəsinin müdiri qeyd edib ki, S.Məcidovaya dərhal ilk yardım göstərilib və ayağı gipsə qoyulub: "Qusara qayıdan müəllimə yerli həkimlərin nəzarəti altında ev şəraitində müalicəsini davam etdirir".

N.Fərzəliyev deyib ki, imtahana gedə bilməyən 18 illik iş stajı olan S.Məcidovaya hansısa güzəştin edilib-edilməməsi Təhsil Nazirliyinin səlahiyyətində olan məsələdir.

Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov isə "Report"a açıqlamasında bildirib ki, narahatlığa heç bir əsas yoxdur. Onun sözlərinə görə, S.Məcidova kimi üzrlü səbəbdən Qubadakı imtahanda iştirak edə bilməyən müəllimlər noyabrın 27-28-də Şamaxıda, dekabrın sonunda isə Bakıda keçiriləcək analoji yoxlama imtahanlarına qatıla bilərlər.

Son xəbərlər

Orphus sistemi