Qubada zəncirvari qəza olub, üç nəfər xəsarət alıb
Hadisə
- 15 noyabr, 2022
- 06:48
Qubada üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası olub.
"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan “Mercedes” markalı avtomobil yolun kənarında dayanan “Mercedes” markalı digər avtomobilə, daha sonra isə traktor qoşqusuna çırpılıb.
Hadisə nəticəsində Quba rayon sakinləri, 1986-cı il təvəllüdlü Mustafayev Rahim Mehman oğlu, 1971-ci il təvəllüdlü Məcidov Nəbi Məhəmməd oğlu və 1965-ci il təvəllüdlü Məlikov Murad Çıraqalı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan şəxslər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
08:12
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:09
Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
Milli Məclis08:04
İndoneziyada helikopter qəzasında səkkiz nəfər həlak olub
Digər ölkələr07:39
Çin nüvə enerjisi potensialına görə dünya liderinə çevrilib
Digər ölkələr07:12
Yaponiyanın maliyyə naziri: ABŞ G20 ölkələrini İrana qarşı sanksiya təzyiqi göstərməyə çağırıb
Digər ölkələr06:36
NYP: ABŞ-nin keçmiş prezidenti Baydenin oğlunun 20 milyon dollardan çox borcu yaranıb
Digər ölkələr06:04
Livan ordusu İsrailin atəşkəsi pozduğunu bildirib
Digər ölkələr05:35
"Reuters": Pentaqon "SpaceX" peyk şəbəkəsindən kritik asılılıq aşkar edib
Digər ölkələr05:04
Foto