Qubada yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Qubada yük avtomobilləri toqquşub, xəsarət alanlar var Quba rayonunda yol qəzası olub
Hadisə
18 May , 2021 12:55
Qubada yük avtomobilləri toqquşub, xəsarət alanlar var
0 : 00
0 : 00

Quba rayonunda yol qəzası olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayon ərazisində “Shacman” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Keçirilən tədbirlər nəticəsində müxtəlif xəsarətlər alaraq avtomobillərdən birində sıxılı vəziyyətdə qalan sürücü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi