Yuxarı

Qubada sərnişin avtobusu qəzaya düşüb, 15 nəfər xəsarət alıb - FOTO

Faktla bağlı araşdırma aparılır

Bakı. 29 mart. REPORT.AZ/ Quba rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub. "Report"un məlumatına görə, hadisə Bakı-Quba yolunun 153-cü kilometrliyində, rayonun Qaraçay kəndi ərazisində baş verib. 

Belə ki, yük avtomobilinin sürücüsü, 47 yaşlı Səsahəd Ataxan oğlu Qaraxanov hərəkətdə olarkən idarəetməni itirib və rayon mərkəzindən Küçeyi kəndinə sərnişin daşıyan, 66 yaşlı Sayəddin Beyrut oğlu İmaniyevin idarə etdiyi "PAZ" markalı 50 BU 158 dövlət qeydiyyat nişanlı avtobusa çırpılıb.

Hadisə zamanı avtobusda olan 15 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi