Qubada orta yaşlı kişini maşın vurub

Qubada orta yaşlı kişini maşın vurub Yaralı sürücü tərəfindən xəstəxanaya aparılıb
Hadisə
3 May , 2017 08:36
Qubada orta yaşlı kişini maşın vurub
Report.az

Quba. 3 may. REPORT.AZ/ Quba rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Zərdabi kənd sakini Poladov Hikmət Fikrət oğlu Birinci Nügədi kəndində idarə etdiyi "VAZ-21012" markalı avtomobil ilə yerli sakin, 1974-cü il təvəllüdlü Mirzəyev Sabit Veysəlqara oğlunu vurub.

Yaralı, sürücü tərəfindən Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Xəstəyə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol qamış sümüyünün sınığı, sol said sümüyünün sınığı diaqnozu qoyulub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi